SON DƏQİQƏ
» » Təbrizdə namizəd qalmaqal yaratdı: Sistem oğrudur

Təbrizdə namizəd qalmaqal yaratdı: Sistem oğrudur

Tarix:

26-02-2024, 13:59

/ 4 877 dəfə oxundu.
Təbrizdə namizəd qalmaqal yaratdı: Sistem oğrudur

Təbriz Universitetində Təbriz, Üskü və Azərşəhr (Tufarqan) şəhərlərindən XII çağırış parlament seçkilərinə namizədlərin konfransında qalmaqal yaşanıb.
GunAz.az xəbər verir ki, bu barədə yerli sosial media şəbəkəsində paylaşımlar edilib.
Qalmaqala Təbrizin İran parlamentindəki nümayəndəsi, keçmiş səhiyyə naziri Məsud Pezeşkianın tənqidi çıxışı səbəb olub.
“Biz hamımız oğruyuq. Burada oturanlar oğrudur. Əgər sistemi düz qursaydıq, bu gün adi hala çevrilən korrupsiya, mənimsəmə və fəsad bu qədər artmazdı. Problem sistemin özündədir. Adam dəyişməklə sistemi düzəldə bilməzsiniz”, - Pezeşkian deyib.
Təbrizli nümayəndənin bu çıxışı konfransda iştirak edən mühafizəkar siyasi cərəyana mənsub mollaların etirazlarına səbəb olub. Onlar Məsud Pezeşkianı ədəbsizlikdə, hakimiyyətə böhtan atmaqda ittiham ediblər.Axar.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ