SON DƏQİQƏ
» » Məsud Mirkazımi bu vəzifəsindən niyə istefa verdi?

Məsud Mirkazımi bu vəzifəsindən niyə istefa verdi?

Tarix:

17-04-2023, 16:27

/ 1 623 dəfə oxundu.
Məsud Mirkazımi bu vəzifəsindən niyə istefa verdi?

İranın vitse-prezidenti Məsud Mirkazımi istefa verib.

İran mediasına istinadən xəbər verir ki, bunu İran hökumətinin mətbuat katibi Əli Bahaduri Cahromi deyib.

O bildirib ki, M.Mirkazımi səhhətində yaranan problemlərə görə vəzifədən ayrılıb.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi Nazirlər Kabinetinin aprelin 17-də keçirilən iclasında ictimaiyyət və mətbuatın M.Mirkazıminin işdən çıxmasını problem kimi dəyərləndirməməli olduğunu bildirib. Rəisi vurğulayıb ki, hökumət onun təcrübəsindən istifadə edəcək.

Xatırladaq ki, daha əvvəl M.Mirkazımi Proqram və Büdcə Təşkilatının sədri vəzifəsindən də azad edilib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ