SON DƏQİQƏ
» » Müdafiə sənayesi nazirinin yeni müavini kimdir? - Dosye

Müdafiə sənayesi nazirinin yeni müavini kimdir? - Dosye

Tarix:

13-01-2024, 11:21

/ 3 906 dəfə oxundu.
Müdafiə sənayesi nazirinin yeni müavini kimdir? - Dosye

Müvafiq əmrlə Hidayət Əzimov müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunub.

1985-ci ildə Bakıda anadan olan H.Əzimov 2001-2005-ci illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 2005-2007-ci illərdə magistr dərəcəsinə yiyələnib.
2006-2007-ci illərdə yerli hüquq şirkətlərinin birində hüquqşünas vəzifəsində fəaliyyət göstərib. 2007-2018-ci illərdə “Atəşgah” Sığorta Şirkətində hüquqşünas, şöbə müdiri və İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb. 2018-2022-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit və konsaltinq şirkətlərindən olan “Ernst & Young CIS B.V” şirkətində hüquq xidmətlərinin rəhbəri vəzifəsində çalışıb.
Bu vəzifəyə təyin olunmazdan əvvəl Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
2018-ci ildən Vəkillər Kollegiyasının üzvüdür.
скачать dle 12.1

Şərhlər