SON DƏQİQƏ
» » Maliyyə Monitorinqi Xidmətinə sədr müavini təyin edildi - SƏRƏNCAM

Maliyyə Monitorinqi Xidmətinə sədr müavini təyin edildi - SƏRƏNCAM

Tarix:

10-07-2023, 15:27

/ 1 687 dəfə oxundu.
Maliyyə Monitorinqi Xidmətinə sədr müavini təyin edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azər Rasim oğlu Abbasovun Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyəti sədrinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

O, 1985-ci ildə Bakı şəhərində anadan olub, 2007-ci ildə Bakı Dövlət Universitetini Hüquq fakültəsini üzrə bakalavr, 2010-ci ildə Kommersiya hüququ üzrə magistr pilləsində bitirib.

A.Abbasov əmək fəaliyyətinə 2006-cı ildə "Azərbaycan Hüquqçular Assosiasiyası" İctimai Birliyində hüquqşünas kimi başlayıb, 2008-ci ildən isə Ədliyyə Nazirliyində məhkəmə nəzarətçisi vəzifəsində çalışıb.

O, 2010-2016-cı illərdə əmək fəaliyyətini Maliyyə Monitorinqi Xidmətində böyük hüquq məsləhətçisi kimi davam etdirib, 2016-2018-ci illərdə qurumun Hüquq sektorunun müdiri vəzifəsini icra edib, 2018-2023-cü illərdə Hüquq departamentinin direktoru vəzifəsində çalışıb.

Ailəlidir, 1 övladı var.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ