SON DƏQİQƏ
» » İlham Əliyev italiyalı həmkarına başsağlığı verdi

İlham Əliyev italiyalı həmkarına başsağlığı verdi

Tarix:

23-09-2023, 15:29

/ 1 673 dəfə oxundu.
İlham Əliyev italiyalı həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya başsağlığı verib.

Başsağlığının mətnini təqdim edir:

"İtaliya Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi Ciorcio Napolitanonun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Ciorcio Napolitanonun Azərbaycan ilə İtaliya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi böyük töhfəni yüksək qiymətləndirir, onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayıram.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, mərhumun ailəsinə və bütün İtaliya xalqına dərin hüznlə başsağlığı verirəm".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ