SON DƏQİQƏ

Antiterrorun əhəmiyyəti TƏSDİQLƏNDİ

Tarix:

23-09-2023, 09:06

/ 2 147 dəfə oxundu.
Antiterrorun əhəmiyyəti TƏSDİQLƏNDİ

Ölkəmiz dövlətimizin başçısının rəhbərliyi ilə İkinci Qarabağ müharibəsindən sonra 44 günlük müharibədəki Zəfərimizi doğuran siyasi-diplomatik və hərbi kursu uğurla davam etdirmiş,  start verilmiş antiterror tədbirləri üçün baza formalaşdırmışdı. 
Prezident İlham Əliyev çıxışlarında, dəfələrlə bu tədbirlərin bir növ anonsunu  vermiş və tam əminliklə bildirmişdi ki, Azərbaycan torpaqlarında separatizm üçün meydan olmayacaq. 
Ermənistan  Azərbaycanın haqlı tələblərinə məhəl qoymayaraq, eyni zamanda, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarını da pozub. Rəsmi İrəvan ötən müddətdəki fəaliyyəti ilə, eyni zamanda, göstərdi ki, ölkənin baş naziri Nikol Paşinyanın 6 oktyabr 2022-ci il tarixdə Praqada və 14 may 2023-cü il tarixdə Brüsseldə Qarabağ da daxil olmaqla, Azərbaycanın 86,6 min kvadratkilometr ərazidə suveren haqlarını tanımasına dair fikirləri boş söz yığınından başqa bir şey deyildi.
 Nəhayət ki, Ali Baş komandanın taktikalı gedişləri Qarabağda aparılan antiterror əməliyyatı 24 saat ərzində terrorçuların təslim olmasına, terror dəstələrinin buraxılmasına və silaların təhvil verilməsinə gətirib çıxardı. Bu antiterror əməliyyatının əhəmiyyəti ermənistan və Azərbaycan arasında sülhün yaranmasına zəmin yaradacaq.
Vüqar Musayev
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ