SON DƏQİQƏ
» » “Laçın sərhəd-buraxılış məntəqəsi"separatçıların tərksilah edilməsinə KÖMƏK EDƏCƏK

“Laçın sərhəd-buraxılış məntəqəsi"separatçıların tərksilah edilməsinə KÖMƏK EDƏCƏK

Tarix:

6-09-2023, 09:13

/ 2 084 dəfə oxundu.
“Laçın sərhəd-buraxılış məntəqəsi"separatçıların tərksilah edilməsinə KÖMƏK EDƏCƏK

Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.
Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir.
Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.
Azad RZAZADƏ
скачать dle 12.1

Şərhlər