SON DƏQİQƏ
» » “Laçın sərhəd-buraxılış məntəqəsi"-TERRORÇULARIN QORXUSU

“Laçın sərhəd-buraxılış məntəqəsi"-TERRORÇULARIN QORXUSU

Tarix:

5-09-2023, 09:06

/ 3 745 dəfə oxundu.
“Laçın sərhəd-buraxılış məntəqəsi"-TERRORÇULARIN QORXUSU

44 günlük Vətən müharibəsi zamanı qazanılan böyük zəfər 30 illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan sərhədləri bərpa edildi.
Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Bu böyük uğuru həzm edə bilməyən Ermənistan tərəfi və onun havadarları ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağda Hümanitar böhran yaratmaqda təqsirləndirir. Ancaq Prezident İlham Əliyevin də bəyan etdiyi kimi Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması ölkəmizin süveren hüquqları çərçivəsində atılmış addımdır və o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin daxili işidir.“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması Xankəndində fəaliyyət göstərən erməni terrorçularının yaxın gələcəkdə məhvi deməkdir. Bir neçə terrorçunun sərhəddə yaxalanması bu keçidin yaradılmasının əhəmiyyətini artırıb.
Bilman İSAQ
скачать dle 12.1

Şərhlər