SON DƏQİQƏ

Ermənistanın səhvləri bağışlanmayacaq

Tarix:

8-08-2023, 10:52

/ 1 351 dəfə oxundu.
Ermənistanın səhvləri bağışlanmayacaq

Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” telekanalına müsahibəsi dünyanın diqqət mərkəzindədir və geniş müzakirələrə səbəb olub. Ölkə başçısının Qarabağ ermənilərinə müraciəti, sülhlə bağlı səsləndirdiyi fikirlər xüsusilə diqqət çəkib. Bir çox yerli və beynəlxalq siyasi analitiklər Əliyevin bu açıqlamalarını Ermənistan və onun havadarlarına mesaj kimi dəyərləndiriblər.
Mövzunu şərh edərkən bildiriirik ki, Azərbaycan Ermənistanla sülhə sadiqliyini hər zaman nümayiş etdirib.
Ölkə başçısı İlham Əliyev dəfələrlə qeyd edib ki, Cənubi Qafqaz regionunda ictimai münasibətlər sisteminin normal qaydada bərqərar edilməsi və ölkələr arasındakı konfliktlərə son qoyulması üçün sülh prosesi mütləq olmalıdır.
Qarabağ erməniləri ilə bağlı da Prezident mövqeyini ortaya qoydu. Bu gün Azərbaycanın Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərində minlərlə erməni əsilli vətəndaşımız yaşayır. Ermənistandan fərqli olaraq Azərbaycan hər zaman erməni əsilli vətəndaşlarına sahib çıxıb. Prezident dəfələrlə çağırışlar edib ki, Qarabağ erməniləri də Azərbaycanın digər etnik kimlikdən olan vətəndaşları ilə eyni formada yaşaya bilər. Onlara qarşı hansısa formada ayrı-seçkilikdən söhbət gedə bilməz. Eyni zamanda İlham Əliyev "Euronews" kanalına daha əvvəl verdiyi mesajı bir daha təkrarladı. Belə ki, İlham Əliyev Ermənistan qarşısında sülhlə bağlı bu ili mesaj olaraq göstərdi. Yəni ilin sonuna qədər sülhün əldə olunması rəsmi Bakının istəklərindən biridir. Ölkə başçısı tərəfindən müxtəlif platformalarda Azərbaycanın bu ideya və təklifləri bir neçə dəfə səsləndirilib. Prezident bu ilin sonuna doğru sülhlə bağlı addımların atılmasının vacibliyini dəfələrlə vurğulayıb. Hesab edirik ki, İlham Əliyevin bu müraciətləri özəlliklə Qarabağda rasional düşünən və separatçıların girovluğundan əziyyət çəkən erməni əsilli vətəndaşlarımız üçün açıq çağırışdır. Müxtəlif platforma və kanallar vasitəsilə Qarabağ ermənilərinin Azərbaycana can atan nümayəndələri var. Sadəcə olaraq bu gün separatçı-terrorçu xunta rejimi və onların hamiləri insanları sıxışdırmağa çalışırlar. Azərbaycanla reinteqrasiya etmək istəyən ermənilərin üzərində xain damğası formalaşdırırlar. Hər halda Prezident İlham Əliyevin "Euronews" kanalına müsahibəsi həm Ermənistan və onun havadarları, həm də bütövlükdə Qarabağ erməniləri üçün mesaj xarakteri daşıyır. Hesab edirik ki, bütün qüvvələr bundan nəticə çıxarmağı bacarmalıdır.

Bilman İSAQ
скачать dle 12.1

Şərhlər