SON DƏQİQƏ
» » Türkiyə bu ölkəyə yenə də "Bayraktar" göndərdi

Türkiyə bu ölkəyə yenə də "Bayraktar" göndərdi

Tarix:

15-04-2023, 12:51

/ 1 618 dəfə oxundu.
Türkiyə bu ölkəyə yenə də "Bayraktar" göndərdi

Polşa Türkiyədən "Bayraktar" pilotsuz təyyarələrinin ikinci partiyasını alıb.

Bu barədə baş nazirin müavini, milli müdafiə naziri Mariuş Blaşçak "Twitter” səhifəsində yazıb.

O xatırladıb ki, altı "Bayraktar" PUA-nın ilk partiyası 2022-ci ilin oktyabrında Polşaya çatdırılıb.

Ötən ilin yazında Polşa Türkiyədən - 24 ədəd "Bayraktar" hücum pilotsuz uçuş aparatı almaq üçün müqavilə imzalayıb. Onlar tank əleyhinə raketlərlə silahlanıblar. Polşa pilotsuz uçuş aparatları ilə birlikdə "logistika və təlim paketləri", eləcə də xidmət üçün ofset alır.

Müqavilənin ümumi dəyəri 270 milyon dollar təşkil edib.
скачать dle 12.1

Şərhlər