SON DƏQİQƏ

“Bayraktar” daha bir ölkəyə SATILDI

Tarix:

27-04-2022, 21:57

/ 1 333 dəfə oxundu.
“Bayraktar” daha bir ölkəyə SATILDI

Türkiyə Tacikistana "Bayraktar” pilotsuz uçuş aparatları (PUA) satıb.

GunAz.az xəbər verir ki, məlumatı Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev təsdiqləyib.

 

Aprelin 27-də Qırğızıstan parlamentində keçirilən iclasda deputat Mirlan Samıykojo sosial şəbəkədə Türkiyənin Tacikistana "Bayraktar” tədarük etməsinə dair məlumatların yayıldığını qeyd edib və nazirdən informasiyanın dəqiqləşdirilməsini istəyib.

Kulubayev Tacikistanın Türkiyədən PUA aldığını təsdiqləyib: "Bəli, bu həqiqətdir. Bir müddət əvvəl Türkiyəyə Qırğızıstanla Tacikistan arasında problem həll olunmadığı üçün bu məsələdə ehtiyatlı davranmasını xahiş etmişdik. Onlar isə bunun hərbi-texniki əməkdaşlıq ticarəti olduğunu bildirdilər”.

Bundan əvvəl Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Tacikistanın müdafiə naziri Şerali Mirzo Türkiyədə səfərdə olub. O, Türkiyədə Selcuk Bayraktarla da görüşüb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ