SON DƏQİQƏ

Əli Əsədov qiymət artımından danışdı

Tarix:

17-03-2023, 20:02

/ 2 944 dəfə oxundu.
Əli Əsədov qiymət artımından danışdı

Azərbaycanda istehlak qiymətləri idxal edilmiş inflyasiya hesabına artıb.

Bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatını təqdim edərkən deyib.

Baş nazirin sözlərinə görə, inflyasiya son illərdə bütün dünyada ciddi problemə çevrilib:

"O cümlədən, ticarət tərəfdaşımız olan ölkələrdə inflyasiya templərinin artması müşahidə edilib, orta illik inflyasiya 20,4% olub. Bu proses ölkə daxilində də qiymətlərin ümumi səviyyəsinin artmasına təsir göstərib”.

Ə. Əsədov qeyd edib ki, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib:

"Xüsusilə, ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib. İdxal olunan məhsulların illik qiymət indeksinin artımı 22%-dən çox olub. Azərbaycandakı inflyasiya əsasən idxal edilib

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ