SON DƏQİQƏ

Baş bankir illik inflyasiya faizini açıqladı

Tarix:

26-04-2019, 12:11

/ 10 209 dəfə oxundu.
Baş bankir illik inflyasiya faizini açıqladı

2019-cu ilin mart ayında 12 aylıq inflyasiya 2,5 faiz təşkil edib.

Bununla bağlı Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında məlumat verib. 

Onun sözlərinə görə, bu da Mərkəzi Bankın hədəf çərçivəsindədir. 

“Yada salmaq istərdim ki, Mərkəzi Bankın illik inflyasiya hədəfi 4% ±2%-dir. İllik inflyasiya başlıca olaraq, pullu xidmətlərin qiymət-tarif dinamikasından təsirlənib. Burada 12 ay ərzində 3,7 faiz səviyyəsində artım olub. 

Uyğun olaraq illik inflyasiyanın artımının təxminən 50 faizi bu amilin payına düşür. Ərzaq 2,3 faiz, qeyri-ərzaq qiymətlərinin isə 1,3 faiz artım dinamikası ümumi inflyasiya səviyyəsindən aşağıdır”, - bank sədri qeyd edib.

E.Rüstəmov bildirib ki, bu il inflyasiyanın aşağı olacağı gözlənilir. Bu rəqəm təxminən 4 faiz təşkil edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ