
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkmənistana ikigünlük səfərə gedəcək.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Məlumata görə, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun dəvəti ilə Türkiyə-Azərbaycan-Türkmənistan Prezidentlərinin Birinci Zirvə Toplantısı çərşənbə günü, dekabrın 14-də Avazada keçiriləcək.
Görüş çərçivəsində ölkələr arasında xüsusən ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində addımların müzakirəsi planlaşdırılır. Görüşün nəticəsi olaraq bir sıra sazişlərin imzalanacağı gözlənilir.