SON DƏQİQƏ

Manaf polisə əl qaldırıb?- ÖZÜ AÇIQLADI

Tarix:

17-06-2022, 14:40

/ 2 104 dəfə oxundu.
Manaf polisə əl qaldırıb?- ÖZÜ AÇIQLADI

Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə qanunsuz səfər etdiyi üçün haqqında 15 sutka inzibati həbs cəzası kəsilən müğənni Manaf Ağayev həbsinin təfərrüatı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Manaf Ağayev Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:

"Mənim 60 yaşım var, nə bizi saxladılar, nə də bizə söz dedilər. Biz kimik ki, polisə nəsə deyək?! Hadisənin üstündən dörd ay keçib, polisə necə müqavimət göstərə bilərdim? Elə bir kişi var ki, polisə müqavimət göstərsin?! Manafı istəməyənlər, "Manaf Ağayev avtomobillə buradan keçdi, xətti tapdaladı" və sair deyirlər".

Qeyd edək ki, Qafqazinfo.az saytı müğənninin 4 ay əvvəlki həbsi ilə bağlı bir sıra təfərrüatları yayıb.

 

Məlumata görə, bu il fevralın 17-də onun Füzuli aeroportuna getməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntüləri araşdırmaq məqsədilə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları axşam saatlarında Manaf Ağayevin Nərimanov rayonunda yerləşən evinə gediblər. Onu baş idarəyə dəvət ediblər. Bu zaman müğənni ictimai yerdə ucadan danışaraq ünvansız nalayiq söyüşlər söyməklə ictimai qaydanı pozub.

Polis əməkdaşları onu intizama dəvət etdikdə o, irada məhəl qoymayıb və nalayiq söyüşlər söyməyə davam edib. M.Ağayevi BMCMİ-yə gətirmək istəyərkən o, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək qaçmağa cəhd göstərib. Lakin sonradan polis əməkdaşları onu baş idarəyə gətiriblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ