SON DƏQİQƏ

Manaf Ağayevlə bağlı XƏBƏR VAR

Tarix:

18-02-2022, 19:20

/ 2 224 dəfə oxundu.
Manaf Ağayevlə bağlı XƏBƏR VAR

Müğənni Manaf Ağayevin Füzuliyə getməsi və oradan video paylaşması müzakirələrə səbəb olub. Tənqidlərdən sonra M.Ağayev həmin paylaşımını silib.

Müğənni Azxəbər.com-a açıqlamasında Füzuliyə ayda bir neçə dəfə getdiyini bildirib.

O, həmçinin işğaldan azad edilmiş əraziyə getdiyi avtomobili bahalı adlandıranlara da cavab verib:

 

"Mən elə ayda bir dəfə, iki dəfə Füzuliyə gedirəm. Nə bahalı avtomobil? Öz maşınımla getmişəm, 4 ildir bu maşın məndədir, gedin ayrı mövzu tapın”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov görüntülər yayıldıqdan dərhal sonra polis əməkdaşları tərəfindən araşdırmalara başlanıldığını. Məhkəmənin qərarı ilə Manaf Ağayev və onunla birlikdə Füzuliyə gedən Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ