SON DƏQİQƏ

Şakiradan İsrailə etiraz - konserti ləğv etdi

Tarix:

29-05-2018, 17:47

/ 10 499 dəfə oxundu.
Şakiradan İsrailə etiraz - konserti ləğv etdi

Dünyaca məşhur pop ulduz Şakira 9 İyulda İsrailin paytaxtı Təl-Əvivdə verəcəyi konserti ləğv edib.

Gunaz.az xarici mətbuata istinadən xəbər verir ki, dünya şöhrətli ifaçı İsrailin Qəzzada törətdiyi qırğınlara etiraz əlaməti olaraq fələstinli qeyri-hökumət təşkilatlarının çağırışı ilə konsetinin ləğvi barədə qərar verib.

Qeyd edək ki, Fələstin Yerli Hakimiyyətlər Assosiasiyası və çoxsaylı qeyri-hökumət təşkilatı, Qremmi mükafatlı pop ulduzu və YUNISEF-in xoşməramlı səfiri Şakiranı konsertini ləğv etməyə çağırmışdı.

Xatırladaq ki, İsrail əsgərləri Qəzza sərhədində nümayiş keçirən fələstinlilərə mərmilərlə hücum edərək 64 nəfəri qətlə yetirib. 3 mindən çox insan isə yaralanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ