İsrail hakimiyyəti Ramazan ayında Qəzza sakinlərini Qüds ərazisinə buraxmayacaq.
Gunaz.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, qərar İsrail və Qəzza sərhədində yaranan gərgin vəziyyətlə bağlıdır.
Xatırladaq ki, mayın 14-də İsraildə yeni Amerika səfirliyinin açılış mərasimi keçirilib. Qəzza-İsrail sərhədində keçirilən etiraz aksiyası zamanı İsrail əsgərlərinin açdığı atəş nəticəsində 65 fələstinli ölüb, 3000-ə yaxını yaralanıb.