SON DƏQİQƏ
» » "Eurovision - 2018"in bütün iştirakçı ölkələri məlum oldu

"Eurovision - 2018"in bütün iştirakçı ölkələri məlum oldu

Tarix:

29-10-2017, 16:44

/ 1 413 dəfə oxundu.
"Eurovision - 2018"in bütün iştirakçı ölkələri məlum oldu

Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçiriləcək "Eurovision - 2018" mahnı müsabiqəsində 43 ölkənin təmsilçisi iştirak edəcək.
“Report” xəbər verir ki, beynəlxalq müsabiqədə iştirakını təsdiq etmiş ölkələr bunlardır: Avstraliya, Avstriya, Azərbaycan, Albaniya, Ermənistan, Belarus, Belçika, Bolqarıstan, Macarıstan, Gürcüstan, Yunanıstan, Danimarka, İsrail, İrlandiya, İslandiya, Kipr, Latviya, Litva, Malta, Norveç, Niderland, Polşa, Rusiya, Rumıniya, San-Marino, Sloveniya, Serbiya, Ukrayna, Finlandiya, Xorvatiya, Monteneqro, Çexiya, İsveçrə, İsveç, Estoniya.
Həmçinin böyük beşlik ölkələri - İspaniya, Böyük Britaniya, İtaliya, Almaniya və Fransa 2017-ci ildə "Eurovision"un qalibi olmuş Portuqaliya ilə birgə birbaşa final mərhələsində iştirak edəcək.
Bu il Ukraynada keçirilən mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub.
Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ