SON DƏQİQƏ

“İşte benim stilim” ekranlara qayıdır

Tarix:

9-01-2025, 17:37

/ 3 576 dəfə oxundu.
“İşte benim stilim” ekranlara qayıdır

Türkiyənin məşhur moda yarışması proqramı “İşte benim stilim” ekranlara qayıdır.
GunAz.az Türkiyə KİV-nə istinadən
 xəbər verir ki, veriliş TV8-də yayımlanacaq.
Proqramın yayım tarixi və münsiflər heyətinin kimliyi hələ ki açıqlanmasa da, verilişdə iştirak etmək istəyənlər üçün müraciət prosesi artıq başlayıb.
Bununla belə Öykü Serterin aparıcısı olduğu, münsiflər kürsüsündə İvana Sert, Kamal Doğulu, Uğurkan Erez və Nur Yerlitaşın yer aldığı proqramın yeni jüri heyəti maraq mövzusu olub.
Xatırladaq ki, “İşte benim stilim” 2014-2017-ci illərdə TV8-də yayımlanıb və ən çox izlənilən proqramlardan biri olub.
Münsif, modelyer Nur Yerlitaş 2020-ci ildə xərçəng xəstəliyindən vəfat edib.
скачать dle 12.1

Şərhlər