SON DƏQİQƏ

Məşhur qrup yenidən ekranlara qayıdır

Tarix:

4-10-2021, 08:00

/ 1 950 dəfə oxundu.
Məşhur qrup yenidən ekranlara qayıdır

36 yaşlı Lena Katina "Tatu" qrupunun yenidən fəaliyyətini bərpa edəcəyini açıqlayıb.

İfaçı Yuliya Volkova ilə birləşəcəklərini deyib. O, bunla bağlı izləyicilərinə sual ünvanlayaraq, üçüncü şəxsin hansı məşhur olmasını istədiklərini soruşub.

Müğənni həmçinin qrupla bağlı serial çəkildiyini söyləyib. Ekran işində Katina və Volkova rol alacaq.

Qeyd edək ki, "Tatu" qrupu 1999-cu ildə yaranıb. Qrupun prodüseri İvan Şapovalov idi. Qrupun saysız uğurlu çıxışları olub. 2003-cü ildə onlar Rusiyanı "Avroviziya"da təmsil ediblər. 2014-cü ildə Soçidə keçirilən olimpiyadadan sonra solistlər arasında mübahisə düşüb. Katina və Volkova bir-biri ilə danışmadığını dəfələrlə təsdiqləyib

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər