
Xalq artisti Tünzalə Ağayeva ad gününü "Qonaqcanlı" efirində qeyd edib.
GunAz.az xəbər verir ki, qızı Fidanın efirə göndərdiyi məktub müğənnini göz yaşlarına boğub.
Qızının "Hər zaman səni müğənni oldun deyə qınayırdım. Yazırdım ki, anam mənə vaxt ayırmır. Səni necə incitdiyimi bilmirdim. Hər körpə uşağın anasını istədiyi kimi mən də səni yanımda istəyirdim" sözlərinə Ağayeva təəccüblənib.
Fidan daha sonra canlı efirə zəng edib. O, anasına "Yaxşı ki mənim anamsan və sənin qızın olmuşam. Hər şeyin ən gözəlini arzulayıram, buna layiqsən. Hər sözün, baxışınla məni valeh edirsən. Uzaqda olsaq da, qəlbim hər zaman səninlədir" sözlərini söyləyib.






























