SON DƏQİQƏ
» » O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova

O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova

Tarix:

20-04-2024, 08:00

/ 2 595 dəfə oxundu.
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova

Qızımın atası avtomobil qəzasına düşdü. Çox gözlənilmədən oldu. O dövrdə qızım olmasaydı, bəlkə də, mən həyatımla vidalaşardım. Mənə Zivər xanım (şairə Zivər Ağayeva - red.) zəng etdi. İtkimə, dərdimə ithafən o sözləri ("Yoxluğunu bilə-bilə" mahnısı - red.) yazdı. Təbii ki, bir il oxumadım. Mənim hansısa mahnını məşq edib oxumağa heyim yox idi. "Yanağımda göz yaşlarım düzülübdür gilə-gilə, gözləyirəm sən siləsən, yoxluğunu bilə-bilə" sözlərini gətirdi və bu söz məni çox tutdu". Bu sözləri Xalq artisti Flora Kərimova sosial şəbəkə hesabında yazıb.
Müğənni arxiv görüntülərini paylaşaraq, həyat yoldaşının vəfatından bəhs edib:
"Bu hadisədən sonra zəng etdim Xalq artisti Elza İbrahimovaya, dedim bu sözlərə mahnı yazın. Elza bir az emosiyalarını saxlayan adamdır. İki gün bu mahnının üstündə ağlayıb və bir şey çıxmayıb. Çünki mənim itkimi öz itkisi kimi qəbul edirdi. Sonra oturdu, beş-on dəqiqənin ərzində mahnı yarandı. Yoldaşım 1988-də rəhmətə getdi. 1989-da birinci dəfə mən bu mahnıyla çıxdım. Qara paltarda çıxdım. Adımı çəkdilər. Göz yaşlarım da sel kimi axır. Cəmləşdim, elə oxudum, bəlkə də, mən bu mahnını heç vaxt elə küskün, üsyanlı, yazıq, bədbəxt oxumadım".
Qeyd edək ki, Flora Kərimova iki dəfə ailəli olub. Müğənni məşhur cərrah İbrahim Topçubaşovla evli olsa da, övladı olmayıb. İ.Topçubaşovun ölümündən bir neçə il sonra F.Kərimova iş adamı Faiq Şəfiyevlə ailə qurub. Bu nikahdan onların Zümrüd adında bir qızı dünyaya gəlib. Bu evlilik də uzun davam etməyib. Zümrüdün altı yaşı olanda Faiq bəy avtomobil qəzasında dünyasını dəyişib. Flora Kərimovanın Zümrüddən savayı Oqtay adında bir oğlu da var. (Axşam.az)скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ