SON DƏQİQƏ

"Mirasdan imtina etmərəm" - Tatlısəsin qızı

Tarix:

20-09-2024, 15:04

/ 4 550 dəfə oxundu.
"Mirasdan imtina etmərəm" - Tatlısəsin qızı

Türkiyəli müğənni İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlisəs son açıqlaması ilə diqqət çəkib.
GunAz.az xəbər verir ki, müxbirlər Tatlısəsdən qızının ötən günlərdə təyyarədə stüardessa ilə yaşadığı münaqişəyə münasibət bildirməsini istəyib. O, isə ağzını bağla işarəsi verərək sualları cavablamayıb.
Dilan atasının bu hərəkəti ilə bağlı suala münasibət bildirərərək qısaca "Şərhsiz" deyə, söyləyib.
O, İ.Tatlısəsin vərəsəsi kimi haqlarından imtina etməyəcəyini açıqlayıb:
"Maddi gözləntim yoxdur. Amma vərəsəyəm. Miras haqdır və heç vaxt bundan imtina etmərəm. Atamla bizim mədəniyyətlərimiz uyğunlaşmır".
Qeyd edək ki, bir müddət əvvəl Dilan sosial media hesabında "Tatlısəs" soyadını çıxarıb. Aralarındakı gərginlik səbəbindən o, atasının soyadından imtina edib. Dilan bildirib ki, atası övladları arasında ayrıseçkilik edir.
İ.Tatlısəs böyük oğlu Ahmetlə illərdir məhkəməlik olsa da, onlar bir müddət əvvəl barışıb.
скачать dle 12.1

Şərhlər