SON DƏQİQƏ

Dilan Polatın köməkçisi Şule saxlanıldı

Tarix:

5-12-2023, 10:25

/ 2 262 dəfə oxundu.
Dilan Polatın köməkçisi Şule saxlanıldı

Çirkli pulların yuyulması, vergidən yayınma və təşkilat üzvü olmaqda ittiham edilərək həbs edilən Dilan Polat və Engin Polat cütlüyünün Özbəkistan əsilli köməkçisi Şule saxlanılıb.

Şule ilə yanaşı Dilan Polatın həbsindən sonra villasında məskunlaşan qohumu da saxlanılaraq polis idarəsinə aparılıb.
Yoxlamalar zamanı Şulenin oturma icazəsinin bitdiyi, qohumu K. Nərgizin isə 9 ay əvvəl ölkəyə turist vizası ilə daxil olduğu və hazırda Türkiyədə qeyri-qanuni yaşadığı müəyyən edilib.
Onların işinə baxıldıqdan sonra hər ikisi deportasiya ediləcək.
Qeyd edək ki, Şule bir müddət əvvəl alış-veriş mərkəzində Dilan Polatın pencəyində görüntülənib. Videosu bir istifadəçi tərəfindən gizli çəkilən Şule görüntülərdən sonra polisə şikayət edib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ