
"Bayağılıq baş alıb gedir. Əsl sənət arxa plana düşüb. Biz önə keçib üstünlük təşkil etməliyik. Bayağı ifaçılar da olmalıdır. Amma aşırı dərəcdə olması qıcıqlandırır".
GunAz.az xəbər verir ki, bu sözləri müğənni Nurlan Əzizbəyli Əməkdar artist Rəşad İlyasovun "Danışır musiqi" proqramında deyib. İfaçı bayağı sənətçilərdən söz açıb.
Nurlan daha sonra xeyli çəki atmasından və bunun ona stimul verməsindən söz açıb:
"105 kiloqram çəkim var idi. İfama təsir edirdi. Mədəmi kəsdirdim və görünüşümdə dəyişiklik oldu. Bu da mənə stimul verir. Yeni layiləhər edəcəyəm, konsert verəcəyəm".