SON DƏQİQƏ
» » "Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin"

"Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin"

Tarix:

28-03-2024, 18:00

/ 2 752 dəfə oxundu.
"Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin"

Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən həmkarlarına əsəbiləşib.
GunAz.az xəbər verir ki, sənətçi bunun üçün açıqlama yayaraq, uzaq məsafəyə çağrılmasına etiraz edib:
"Qonaqlığınızı Mərdəkan, Şüvəlan, Novxanı, Nasosnu kimi yerlərə salmayın. Tıxacla gəlib çıxmaq olmur. İş, güc başlayıb. Oruc olan adam əsəbi, gərgin olur. Deyirsən, zamanı gəlsin bir su içəsən ki, özünə gələsən. Çağırırsınız uzağa. Evimdən neçədə çıxım ki, gəlib çatım? Çağırmayın məni. 3 manatlıq şorba ilə doyan adamam. 3 manatlıq şorbaya görə 40 kilometr yol sürən deyiləm".
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ