Bakıda manatlıq taksilərin “qovma şousu” faciə ilə nəticələndi
Tarix:
24-10-2023, 15:57
/ 2 368 dəfə oxundu.
Bu gün səhər saatlarında Bakıda ağır avtomobil qəzası baş verib.
Hadisə şahidlərinin GunAz.az verdiyi xəbərə görə, qəza Sabunçu rayonu Pirşağı-Məmmədli yolunda qeyd alınıb.
Məlumatda bildirilir ki, manatlıq taksilərin sərnişin götürmək üçün “qovma şousu” onlardan birinin qarşı yola çıxması ilə nəticələnib. Nəticədə manatlıq taksi ilə qarşıdan gələn avtomobil bir-birinə çırpılıb.
Şahidlərin dediyinə görə, qəza zamanı iki nəfər hadisə yerində dünyasını dəyişib.