SON DƏQİQƏ

Rəhim Rəhimli ilə vida mərasimi keçirilir

Tarix:

30-09-2022, 10:46

/ 2 303 dəfə oxundu.
Rəhim Rəhimli ilə vida mərasimi keçirilir

Gecə saatlarında vəfat edən müğənni Rəhim Rəhimlinin evində vida mərasimi keçirilir.

Mərhumun dostu, bəstəkar-müğənni Murad Arif Teleqraf.com-a açıqlamasında Rəhim Rəhimlinin vəfat etməsi xəbərini saytlardan öyrəndiyini bildirib:

"Dərhal evinə gəldim. Rəhimin bir çox insanın üzərində mənəvi haqqı var. Burada sənət dostlarından daha çox fanatlarının olmasını və izdihhamla dəfn olunmasını istəyərdim. Onunla bir ay əvvəl danışmışdım və yazmışdı ki, "Dostum, səni görə bilmədim". Onunla çox danışırdım, amma heç vaxt səhhətində problem olduğunu söyləməyib. Əcəldi.... Anası ilə yaşayırdı. Onun itkisi anası üçün çox ağırdı. Rəhim son illərini anasının müalicəsinə həsr etdi. Anası ağır xəstədir. O anasını Türkiyəyə müalicəyə aparırdı. Çox xeyirxah və yaxşı insan idi".

Qeyd edək ki, Rəhim Rəhimli 43 yaşında ürək tutmasından vəfat edib. Hazırda ifaçının evində media nümayəndələri və sənətçinin yaxınları var.

O, bu gün 12:00-da Bülbülə qəbiristanlığında dəfn olunacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ