SON DƏQİQƏ

Göldə boğulan zabitlə vida mərasimi keçirilir

Tarix:

19-06-2021, 11:35

/ 3 709 dəfə oxundu.
Göldə boğulan zabitlə vida mərasimi keçirilir

Kəlbəcər rayon ərazisində Böyük Alagöl gölündə boğularaq ölən 1981-ci il təvəllüdlü, kapitan İlham Allahverdi oğlu Fərzəliyevin nəşi ailəsinə təhvil verilib.

Hazırda onunla ailəsinin yaşadığı Gəncə şəhərində vida mərasimi keçirilir.

Mərasimdə mərhumun yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və sakinlər iştirak edir.

O, Göygöl rayon ərazisində yerləşən Kəlbəcər Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, İ.Fərzəliyev Kəlbəcər rayon Tövlədərə kənd sakinidir, ailəli olub və bir övladı var.

O, Vətən müharibəsinin iştirakçısı olub və "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ