SON DƏQİQƏ

Yoqurtun bu faydasına inanmayacaqsınız

Tarix:

13-04-2022, 08:03

/ 1 420 dəfə oxundu.
Yoqurtun bu faydasına inanmayacaqsınız

Probiyotikləri olan südlü içkilər (yoqurt, kefir, qatıq, ryajenka, ayran və s.) stress və narahatlığı azaltmağa kömək edir.

Bu barədə rusiyalı immunoloq, tibb elmləri doktoru Andrey Prodeus bildirib.

 

Onun sözlərinə görə "canlı” mikroflorası olan məhsulların istifadəsi lazımi miqdarda qiymətli maddənin - mərkəzi sinir sisteminin əsas "tormozlayıcısı” hesab edilən qamma-aminobutirik turşunun istehsalına kömək edir. Bu məhsul yuxunu tənzimləyir, düşüncə və yaddaş proseslərini yaxşılaşdırır.

"Probiotikli yoqurtlar və bu qəbildən olan bütün məhsullar mikroblarımızın qamma-aminobutirik turşu istehsal etmək imkanını artırır, onun orqanizmdə səviyyəsini artırır, stress və narahatlığı azaldır”, - deyə həkim bildirib.

İmmunoloq vurğulayıb ki, stressi aradan qaldıran digər təsirli vasitə qucaqlaşmadır, onun effektivliyi elmi şəkildə sübut olunub.

Prodeus həmçinin fiziki və nəfəs məşqlərinin də xroniki yorğunluğu məğlub etməyə kömək edəcəyini deyib.oxu.az

скачать dle 12.1

Şərhlər