SON DƏQİQƏ

Bu iki məhsul xərçəng riskini azaldır

Tarix:

9-04-2022, 08:23

/ 1 490 dəfə oxundu.
Bu iki məhsul xərçəng riskini azaldır

Süd məhsulu olan içkilər (qatıq, ayran, kefir, ryajenka) və duza qoyulmuş kələm xərçəng riskini azaldır.

Bu barədə rusiyalı diyetoloq, tibb elmləri doktoru Mixail Qinzburq bildirib.

 

Onun sözlərinə görə, qidalanmada kifayət qədər miqdarda fermentləşdirilmiş südlü içkilər və fermentləşdirilmiş tərəvəzlər yoğun bağırsaq xərçəngi ehtimalını azaldır. Mütəxəssis vurğulayıb ki, sözügedən məhsulların onkoloji xəstəliyin inkişafına qarşı profilaktik təsiri elmi şəkildə sübut olunub.

"Bu, müdafiəni təmin edəcək, yaxud ən azı yoğun bağırsaq xərçəngi ehtimalını əhəmiyyətli dərəcədə azaldacaq”, - deyə həkim izah edib.

Qeyd edək ki, Qinzburq daha əvvəl sarıkökün istifadəsinin yoğun və düz bağırsaq xərçəngi, prostat xərçəngi və döş xərçənginin inkişafının da qarşısını aldığını bildirmişdi.oxu.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ