SON DƏQİQƏ

Peyvənd sonsuzluq yaradır?- TƏBİB AÇIQLADI

Tarix:

5-03-2022, 08:22

/ 2 394 dəfə oxundu.
Peyvənd sonsuzluq yaradır?- TƏBİB AÇIQLADI

Peyvəndlər tibbin ən böyük kəşflərindən biridir. XXI əsrdə peyvəndlərin faydası və əhəmiyyəti müzakirə mövzusu olmamalıdır”.

Bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

O bildirib ki, Milli Peyvənd təqviminə əsasən, 11 növ xəstəliyə qarşı peyvəndləmə həyata keçirilir: "Pandemiya, xüsusilə karantin dövründə rutin immunizasiya və xroniki xəstəliklərin dövrü yoxlanışları ləngiməyə başladı. Bu da öz acı fəsadlarını vaxt keçdikcə göstərəcək. Hətta 1 nəfər peyvəndlənməmiş və peyvənd təqvimini ləngidən uşaq belə olsa, bu, ətrafdakı uşaqlar, istərsə də öz sağlamlığı üçün ciddi təhlükə törədə bilər”.

 

Nəzrin Mustafayeva COVID-19 virusuna yoluxub sağalanların da peyvənd olunmasının vacibliyinə toxunub: "Araşdırmalar göstərib ki, COVID-19 virusuna yoluxub sağalan şəxslərdə belə 4-cü aydan başlayaraq immunitet zəifləməyə başlayır. Bu şəxslərdə hətta bir doza peyvəndlə biz əvvəlki immuniteti bərpa edə bilirik”.

 

O, peyvəndlərin sonsuzluğa səbəb olması iddialarına da münasibət bildirib: "Onların uzun müddət istifadəsinə baxmayaraq, hər bir peyvənd baş verə biləcək əks təsirlər baxımından izlənilməkdədir. Sonsuzluğa bir çox səbəblər ola bilər. Bunların heç birinin peyvəndlə əlaqəsi yoxdur

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ