SON DƏQİQƏ

Kimlərin Covid-19 pasportu qüvvədə qalacaq?

Tarix:

2-02-2022, 10:39

/ 1 215 dəfə oxundu.
Kimlərin Covid-19 pasportu qüvvədə qalacaq?

Təbii ki, 2-ci doza vaksin olunma tarixindən 1-5 ay keçmiş şəxslərin vaksin sertifikatı 15 fevraldan sonra hələ də qüvvədə qalmış hesab olunacaq. Onlar rahat şəkildə tələb olunan yerlərdə bu sertifikatlarından istifadə edə biləcəklər.

Bu sözləri TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva fevralın 15-dən etibarsız sayılacaq peyvənd sertifikatları barədə yaranan suallara aydınlıq gətirərkən deyib.

 

O bildirib ki, Nazirlər Kabinetinin yeni qərarına əsasən, 15 fevral tarixindən etibarən 18 yaşından yuxarı 2 doza peyvənd almış və üzərindən 6 ay keçmiş şəxslərin peyvənd sertifikatı etibarsız hesab olunacaq. Qərar yalnız həmin şəxslərə aiddir:

"3 doza peyvənd olunanlar artıq tam peyvənd olunmuş şəxslər sayılacaqlar. Çünki 2-ci doza vaksindən 4-5 ay sonra artıq immun hüceyrələrinin səviyyəsi və qoruyuculuğu azalmağa başlayır. Buster dozadan istifadə edərək, onların qoruyuculuğunu artırmış oluruq. Bu gün ölkəmizdəki peyvəndlərin tam qoruyucu olduğunu demək üçün peyvəndin 3 doza şəklində qəbulu tövsiyə edilir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ