SON DƏQİQƏ
» » Talassemiya xəstələrinin vaksinasiyadan keçmələri məsləhət görülür - Hematoloq

Talassemiya xəstələrinin vaksinasiyadan keçmələri məsləhət görülür - Hematoloq

Tarix:

8-05-2021, 13:09

/ 3 192 dəfə oxundu.
Talassemiya xəstələrinin vaksinasiyadan keçmələri məsləhət görülür - Hematoloq

Talassemiya xəstələrinin sağlam insanlara nisbətən immun sistemləri daha zədəli olduğu üçün COVID-19 pandemiyası dövründə mümkün qədər özlərini təcrid etmələri tövsiyə olunur. Zəif immun sisteminə sahib olduqlarına görə COVID-19 onlar üçün həyati təhlükə daşıya bilir. Bu səbəbdən də onların vaksinasiyadan keçmələri məsləhət görülür.

GünAz.az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkim hematoloqu Şəhla Şabanova deyib.

 

Ş.Şabanova bildirib ki, hazırda mövcud COVID-19 pandemiya dövründə davamlı qan ehtiyacı olan talassemiya xəstələri üçün dövlət proqramı çərçivəsində qan köçürmənin periferik rayonlarda təşkili təmin olunur. Pandemiya dövrü ilə əlaqədar qan bağışlama – qan donorluğu üçün müraciət nisbətən azalır, lakin talassemiya xəstələri üçün qan davamlı tələbat olduğuna görə qan bağışlamaq həyat qurtarır devizi ilə tez-tez aksiyalar təşkil edilir.

Həkimin sözlərinə görə, hazırda Azərbaycanda 4116 nəfər talassemiya xəstəsi qeydiyyatdadır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ