
Türkiyədə koronavirusdan ölənlərin sayı bu gün daha 64 nəfər artaraq, 3461-ə çatıb.
GunAz.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib. Son sutka ərzində 1614 nəfər virusa yoluxub. Bununla da, yoluxanların sayı 127 659-a yüksəlib.
Qeyd edək ki, son sutkada 5 mindən çox xəstə sağalıb.
Mərdan DOLĞUN