SON DƏQİQƏ

Piylənmə 13 növ xərçəng riskini artırır

Tarix:

25-11-2024, 08:08

/ 2 997 dəfə oxundu.
Piylənmə 13 növ xərçəng riskini artırır

Əvvəllər piylənmə və artıq çəki ilə əlaqələndirilən 5 tip xərçəng siyahısına daha bir neçəsi əlavə edilib.
GunAz.az Medicina.az-a istinadən xəbər verir ki, ÜST-ün Beynəlxalq Xərçəng araşdırması Agentliyinin siyahısı dərc edilib.
2002-ci ildə bu qrupun apardığı tədqiqat artıq çəkinin 5 tip xərçəng – bağırsaq, mədə, süd vəzi, uşaqlıq və böyrək şişlərinə səbəb ola bilməsini sübut etmişdi.
Bu dəfə 1000 tədqiqatı araşdıran qrup siyahıya bir neçə tipi da əlavə edib.
Bunlar: qaraciyər, öd kisəsi, mədəaltı vəz, yumurtalıq, qalxanvariz vəz, qan xərçəngi, meninqioma, mielomadır.
Belə ki, 30 indeksdən yuxarı kökəldikdə mədə, qaraciyər, böyrək xərçəngi riski 70% artır.
Qadınlarda piylənmə süd vəzi, yumurtalıq xərçəngi riskini 30% artırır.
Alimlər bunun səbəbini artıq piy toxuması zamanı bədəndə normadan artıq estrogen, testosteron və insulin hormonlarının ifrazında görür
скачать dle 12.1

Şərhlər