SON DƏQİQƏ
» » Bu içki mədəaltı vəzi hüceyrələrini öldürür

Bu içki mədəaltı vəzi hüceyrələrini öldürür

Tarix:

23-05-2024, 08:08

/ 3 304 dəfə oxundu.
Bu içki mədəaltı vəzi hüceyrələrini öldürür

Müntəzəm olaraq araq içən insanların 50 yaşdan sonra mədəaltı vəzi səbəbindən ölmə riski çoxdur.
GunaAz.az Medicina.az-a istinadən xəbər verir ki, bu barədə cərrah Aleksandr Umnov deyib.
“İlk zərbəni üzərinə götürən orqan mədəaltı vəzidir. Daha sonra araq qaraciyər, beyin, ürək-damar sistemini sıradan çıxarır. Spirtli içki sevənlərdə sirroz, diabet və pankreatitə daha çox rast gəlinir. Araq mədəaltı vəzinin hüceyrələrini zamanla öldürür və qaraciyərdə çapıqlar yaranır. Toxumada çapıq hissənin artması ensefalopatiya və sirroza gətirib çıxarır. Etanolun təsiri altında ürək ritmi pozulur, təzyiq qalxır, baş beyində pozulmalar olur. Alkoqolizmin təhlükəli ağırlaşmalarından biri də xərçəng riskidir. Araq qida borusu, mədə, qaraciyər, mədəaltı vəzi xərçənginin tətikləyicisidir", - o bildirib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ