SON DƏQİQƏ
» » Qadınların sevimli şirin alkoqolu: təhlükəli imiş...

Qadınların sevimli şirin alkoqolu: təhlükəli imiş...

Tarix:

6-04-2024, 08:40

/ 4 140 dəfə oxundu.
Qadınların sevimli şirin alkoqolu: təhlükəli imiş...

Şirin dadlı alkoqollu içkilər tünd içkilərdən heç də az zərərli deyil.
GunAz.az xəbər verir ki, psixiatr Ruslan İsayev şirin içkilərdən də alkoqolizm yarandığını bildirib.
“İnsanlar elə düşünür ki, sərxoşluq, alkoqolim yalnız araq, çaxır, viski içdikdə olur. Alkoqolu ciddi və şirin içkilərə bölürlər. Hətta şirin alkoqolu zərərsiz bilib, onu qadınlara ötürüblər. Amma sərxoşluq, əyyaşlıq və alkoqolizm hansı içkini içməkdən yox, etanolun orqanizmə düşən konsentrasiyasından, müddətdən və nə qədər çox içilməsindən qaynaqlanır.
Alkoqollu içkilərin şirin, tünd, hər hansı əlavəli olması, dadı heç bir rol oynamır. Şirin içkilərin bir mənfi cəhəti var. Şəkər qaraciyərə əlavə yükdür.
Birinci qanda qlükoza parçalanır, yalnız bundan sonra orqanizm qalan gücünü etil spirtini neytrallaşdırmağa sərf edir.
Ona görə şirin içkilər daha tez sovrulur. Əgər qadınlar şirin şərabı desertlə qəbul edərsə, bu, güclü intoksikasiya verə bilər”, - R.İsayev qeyd edib.Medicina.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ