SON DƏQİQƏ
» » Cənubu əhatə edən "Masallı Bioloji Təbabət Klinika"sı

Cənubu əhatə edən "Masallı Bioloji Təbabət Klinika"sı

Tarix:

27-12-2023, 21:39

/ 3 308 dəfə oxundu.
Cənubu əhatə edən "Masallı Bioloji Təbabət Klinika"sı

“Bioloji Təbabət” Klinikasının Masallı filialının Cənub regionunda  5 illik fəaliyyəti tamam oldu. Bildiyimiz kimi  Masallı şəhəri zəngin tarixi-mədəni irsi, mənəvi dəyərləri ilə tanınan və rəngarəng təbiəti olan bölgələrimizdən biridir. Bu rayonda  səhiyyə xidmətlərini inkişaf etdirmək və əhaliyə  keyfiyyətli tibbi xidmət göstərmək həyati əhəmiyyət kəsb edir.
Məhz bu məqsədlə də Masallı şəhərində 5 il əvvəl Bioloji Təbabət Klinikası yaradılmışdır. Və klinika  eyni zamanda ətraf rayon və şəhərlərin əhalisini də peşəkar tibbi xidmətlə təmin etmək baxımından  Respublika  səhiyyəsinə böyük töhfələr verir.
Əvvəla onu vurğulamaq istəyirik ki, , Bioloji Təbabət Klinikası Respublika  səhiyyə sisteminə gətirdiyi innovativ və müasir  yanaşmaları ilə çox yaxşı  tanınır. Tibbi xidmətlərin dünya səhiyyəsində texnoloji nailiyyətləri izləyərək beynəlxalq standartlara cavab verən müayinə və müalicə aparatları  vasitəsilə göstərilməsi regionda səhiyyə sektorunun inkişafına mühüm təkan verib. Klinikada  peşəkar  yerli və əcnəbi həkim, həmçinin orta tibb heyətinin iş birliyi xroniki, autoimmun və cərrahi müdaxiləyə ehtiyacı olan pasiyentlərin effektli və kompleks müalicə alaraq sağlamlıqlarına qovuşmaqlarına lazım olan kimi  imkan yaradır.
Qeyd edək ki, Bioloji Təbabət Klinikasında  İnteqrativ Tibb metodları ilə həyata keçirilən çoxistiqamətli müalicə üsulları sayəsində pasiyentlər yalnız illərlə onları narahat edən sağlamlıq problemlərindən deyil, həm də həyat tərzlərinə, iş qabiliyyətlərinə  mənfi təsir göstərən emosional və psixoloji gərginlikdən də xilas olurlar  Kompleks şəkildə aparılan belə tibbi xidmət növü artıq Azərbaycanın səhiyyə sistemi üçün təqdirəlayiq  böyük  bir təcrübəyə çevrilib.
Bioloji Təbabət Klinikasının əhalinin sağlamlığı keşiyində dayanmaq kimi şərəfli  missiyası sosialyönümlü layihələrin  icrası ilə paralel şəkildə davam etdirilir. İkinci Qarabağ müharibəsi dönəmində Klinika tərəfindən təşəbbüslə həyata keçirilən hospital fəaliyyəti, məktəblərdə, digər kollektivlərdə keçirilən tibbi maarifləndirmə kampaniyaları və ictimai sağlamlıqla bağlı maraqlı  tədbirləri daha  sağlam cəmiyyətin yaradılmasına böyük  töhfədir.
Klinika həmçinin, son iki ildə İcbari Tibbi Sığorta xətti ilə ümumi cərrahiyyə, beyin və onurğa,  travmatoloji və uroloji, eləcə də üz-çənə cərrahiyyəsi, nevroloji və diaqnostik müayinər həyata keçirməklə nəinki Masallı şəhərinə, rayonuna və ümumilikdə  Cənub regionuna yüksək səviyyədə  peşəkar tibbi xidmət göstərir.
Bioloji Təbabət Klinikasının son 5 ildə müayinə, müalicə, cərrahi müdaxilə və təcili tibbi yardım sahəsində əldə etdiyi bu uğurlardan Masallı  rayonu  ilə yanaşı ətraf şəhər və rayonların əhalisi də lazım olan kimi faydalanırlar.
Özəl klinikanın 5 illik yubileyində bu böyük nailiyyətlərə biz də şahidlik edirik. İnanırıq ki, Masallıda fəaliyyət göstərən Bioloji Təbabət Klinikası  gələcəkdə də səhiyyə sahəsində növbəti daha uğurlu  addımlar ataraq, Azərbaycanın  səhiyyə xidmətlərinin inkişafına yüksək səviyyədə  öz töhfəsini verməyə  davam edəcəkdir.
Beş yaşın mübarək Masallı Bioloji Təbabət Klinikası! Burada çalışan həkimlər həqiqətən də xəstələrin ümid qapısıdır. Mən Masallıda olanda dəfələrlə bunun şahidi olmuşam.
Ağalar  İDRİSOĞLU,
Əməkdar  incəsənət  xadimi







скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ