SON DƏQİQƏ
» » Regionda dünya standartlarına uyğun diaqnostika və müalicə mərkəzi

Regionda dünya standartlarına uyğun diaqnostika və müalicə mərkəzi

Tarix:

9-08-2023, 21:18

/ 2 617 dəfə oxundu.
Regionda dünya standartlarına uyğun diaqnostika və müalicə  mərkəzi

“İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığına, ekoloji vəziyyətə, udduğumuz havaya, içdiyimiz suya, bütün bunlara biz çox böyük diqqət göstərməliyik”.
İlham Əliyev
Bioloji Təbabət Klinikalar Şəbəkəsi olaraq, Masallı Bioloji Təbabət Klinikası artıq beş ildir ki, fəaliyyət göstərir. Bu müddətdə klinika Cənub bölgəsində xəstələrin çox böyük etimadını, inamını qazanıb. Çünki orqanizm üçün effektli, ziyansız müalicə üsulu olan biotənzimləyici terapiya, inteqrativ təbabət son yenilikləri və uğurları ilə əhali arasında özünü daha yüksək səviyyədə təsdiqləməyə nail olub. Məhz buna görə də öz təcrübələrində bu müalicə üsuluna, inteqrativ təbabətə üstünlük verən həkimlərin də sayı respublikamızda getdikcə artır. Təsadüfi deyil ki, bioloji müalicə və inteqrativ təbabət sahəsində azərbaycanlı həkimlərin qazandığı uğurlu nəticələr bioloji təbabətin vətəni sayılan Almaniyada xüsusi mükafata layiq görülüb. Artıq bu gün Azərbaycanın demək olar ki, əksər rayonlarında bioloji təbabət üsullarından istifadə edən həkimlər çox böyük uğurla çalışırlar. Bu həkimlər də bir vaxtlar (2002-2010- cu illərdə) Bioloji təbabəti Azərbaycana gətirən böyük ziyalı Elxan Yaqubovun təşkil etdiyi seminarlarda iştirak edərək, bu sahəni mükəmməl öyrənib, sertifikatlar alıblar. Masallı Bioloji Təbabət Klinkiasında çalışan həkimlər də bu sahəni Regionda dünya standartlarına uyğun diaqnostika və müalicə  mərkəzimükəmməl öyrənib, sertifikatlar alıblar. Cənub bölgəsində yaşayan insanlar da bu klinikaya artıq ümidgah kimi baxırlar. Ona görə də bura müraciət edənlərin və az bir vaxtda sağalanların sayı həddindən artıq çoxdur. Çünki burada təkcə xəstəlik yox, xəstə özü kimyəvi dərmansız inteqrativ təbabətlə bütövlükdə müalicə olunur.
Beləliklə, yarandığı cəmi beş ildə Cənub bölgəsinin aparıcı tibb ocağına çevrilən Masallı Bioloji Təbabəb Klinikasının rəhbəri Qüdrət Elxan oğluYaqubovla həmsöhbət olduq. O, son illər görülən uğurlu işləri haqqında belə dedi:
-Biz klinikanı xarici standartlara uyğun tikmişik. Bu klinika da sıfırdan, yeni tikilmiş bir xəstəxanadır. Ona görə də dünya standartlarında təbabətlə bağlı işlər necə gedirsə, bizim Masallı Bioloji Təbabət Klinikasında da işlər elə qurulub və elə də gedir. Burada tibbi cihazlar təzədir, müasirdir, ən son modellərdir. Təbii ki, bunları işlədən həkimlər və tibbi heyət daha önəmlidi. Ona görə biz yarandığımız 2018-ci ildən orta tibbi heyətimizi daim təlimlərlə inkişaf etdiririk. Və bu gün də bu formada işimiz davam edir. Onları tez-tez Bakıda yerləşən mərkəzi Bioloji Təbabət Klinikasına göndəririk, və ya Bakıdan mütəxəssislər bura gəlib, təlimlər keçirlər. İkinci isə həkimlərdir. Biz maksimum çalışırıq ki, həkim seçimində diqqətli olaq. Çünki müalicənin böyük bir hissəsinin məsuliyyətini məhz onlar daşıyır. Və buna görə də biz daha çox xaricdə təhsil almış və yaxud Azərbaycanda mükəmməl təhsil almış həkimlərə üstünlük veririk. Ona görə də çox yaxşı həkimlərimiz var. Biz də onların ən yaxşılarını seçirik ki, bizim klinikanın imicinə daim pozitiv formada təsir eləsinlər.
Regionda dünya standartlarına uyğun diaqnostika və müalicə  mərkəzi-Həkimlərdən söhbət düşdü. Mən Masallıda olanda, həmin həkimlərlə söhbət eləmişəm. Özüm, qohumlarım, tanışlarım Masallı Bioloji Təbabət Klinikasında müalicə almışıq. Qohumlarım, tanışlarım da hamısı razılıq eləyirlər ki, bu kilnikada çox savadlı, öz işlərinin peşəkarı həkimlər işləyir. Həmin həkimlərdən daha çox kimin işi sizi qane eləyir? Kimlərin işini respublika səviyyəsində və məmləkətimizdən kənarda təbliğ eləmək olar?
-Bizim cərrahi komandamız Cənub bölgəsində deyərdim ki, ən öndə gedən bir komandadır. Cərrahiyyə və reanimasiya. Bilirsiniz ki, cərrahiyyə tibb aləmində çox riskli bir sahədir. Ona görə də orada etdiyimiz seçimlərdə daha diqqətliyik. Məhz buna görə də cərrahiyyə komandamız çox güclüdür. Bu gün bizim ən ağır travmaları əməliyyat edən həkimlərimiz var. Neyrocərrahımız Qəhrəman Aydın xaricdə təhsil alıb. Cərrahiyyə ilə bağlı hər bir şey, ən son model olan Regionda dünya standartlarına uyğun diaqnostika və müalicə  mərkəzimikroskopa qədər klinikamızda var. Ümumiyyətlə, respublikamızda beyinlə bağlı az əməliyyatlar olunur. Amma Masallı Bioloji Təbabət Klinikasında bütün beyin cərrahiyyə əməliyyatları icra olunur. Eyni zamanda onurğa, sinir cərrahiyyəsini də geniş formada əməliyyat edirik. Bizim Türkiyədən gələn çox yaxşı mütəxəssis- travmatoloqumuz var, İsan Şəntürk. O, Türkiyədə dosentdi. İndi gəlib bizim klikiada çalışır. Uroloqumuz Elvin İsmayılov da Türkiyədə təhsil alıb, uzmandı. Ümumi cərrahımız Qeyrət Xəlilov cərrahiyyə şöbəsinin müdiridir. Qeyrət həkim uzun illərdirki, Cənub bölgəsinin ən tanınmış cərrahıdır. Başqa cərrahımız, əslən Masallıdan olan Camal Əbülfəzlidir. O da Türkiyədə təhsil alıb və bizim klinkida çalışır. Üz-çənə cərrahımız var Abasət Fərəcov. O da demək olar ki, bütün əməliyyatları edir. Gördüyünüz kimi, cərrahiyyə komandamız yüksək peşəkar həkimlərdən ibarətdir. Biz düşünürük ki, Masallı coğrafi məkan kimi Cənub bölgəsinin mərkəzində yerləşdiyinə görə həmin bölgədən olan insanlar Bakıya getməyəcəklər və bütün tibbi xidmətləri elə məhz Masallıda, Bioloji Təbabət Klinikasında alacaqlar.
-Cənub bölgəsi subtropik zonadır. Məhz buna görə də orada yaşayan insanlarda oynaq ağrıları daha çox olur. Düzdür, Ulu Tanrı bu bölgəyə böyük sərvət olaraq və həmin oynaq, prostat, qadın, kişi xəstəliklərini müalicə edən, həmin ağrıları sağaldan mineral İsti su müalicəsini də verib. Bəs siz bu xəstyəliklərin müalicəsi ilə bağlı nə işlər görürsünüz?
-Bizim əsas istiqamətimiz – inteqrativ təbabət üsulları ilə müalicədir. Bu müalicə üsulunu Azərbaycana maraqlı insan, vətənpərvər ziyalı ElxanYaqubov Almaniyadan gətirib və Azərbaycan səhiyyəsində böyük inqilab yaradıb. Biz də bu üsulu Azərbaycanda inkişaf etdiririk. Xəstələrə birtərəfli yanaşma, tək dərmanla müalicənin uğursuzluğu danılmazdır. İnteqrativ təbabətdə xəstəyə kompleks yanaşılır, onun preparatla müalicəsi ilə yanaşı, mütləq yuxu rejimi, qidalanması, həyat tərzi ciddi araşdırılıb korreksiya edilir. Müalicələrdə komanda işi formalaşdırılıb, yəni ehtiyac olduqda, digər sahələr üzrə həkim-mütəxəssislər konsiliuma cəlb olunur. Bu müalicə - xəstəyə heç bir ziyan vermədən, kimyəvi dərmanlardan istifadə etmədən, xəstəliyin səbəbini araşdırmaqla aparılan müalicə deməkdir. Bioloji Təbabət Klinikasının peşəkar həkimlərinin xroniki xəstəliklərin müalicəsində qazandığı uğurlar əhali arasında orqanizmə zərər verməyən bu təbabətə inamı və rəğbəti getdikcə artırır.
Bu müalicə ilə uğurlu nəticə aldığımız xəstəliklərdən biri də revmatoid poliartritdir. Astmalı xəstələri müalicə etmək üçün klinikada duz dağı da yaratmışıq. Oynaq ağrılarını müalicə etmək üçün Naftalan nefti də gətirmişik. Həm də özümüzün mineral, kükürdlə zəngin İsti suyumuz da var. Bizim Masallıdakı İsti su və Mir KazımAslanlı –Sarəng adına “Yanar Dağ” müalicəvi istirahət mərkəzlərilə əlaqələrimiz də var. Oynaq ağrıları olan xəstələrimizi ehtiyac olduqda, orada da müalicə edirik.
Regionda dünya standartlarına uyğun diaqnostika və müalicə  mərkəzi-Bu Bioloji Təbabət Klinikasında gələcək arzularınız hansılardır?
-Biz, tibb ocağı olaraq, bölgənin ən böyük tibb mərkəzi olmaq istəyirik. Bununla bağlı çox işlər görürük. İnanıram ki, tez bir zamanda bütün xəstəliklərlə bağlı Cənub bölgəsinin insanları Bakıya, Sumqayıta, xarici ölklərə getməyəcək, bizim klinikada müalicə olunacaqlar. İndi bölgədə ilk özəl ürək cərrahiyyə şöbəsi yaratmaq istəyirik. Bununla bağlı böyük iş gedir. Bu arzumuz da tezliklə reallaşacaq. Təki sağlıq olsun. Bizim ən böyük arzumuz insanlarımızı yalnız sağlam görməkdi. Sağlam bədəndə isə həmişə sağlam ruh olar.
Məşhur yazıçı, filosof Artur Şopenhauerin sağlamlıqla bağlı belə bir kəlamları var: “Sağlam deyilsənsə, yediyin bal da zəhər dadacaq”. “Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmadan hər şey bir heç”. Çox istərdim ki, xalqımız bu kəlamlara əməl eləsin və öz sağlamlığının qeydinə qalsın.
Ağalar İDRİSOĞLU,[/b]
[b]Əməkdar incəsənət xadimi
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ