Bu əlamətlər böyrəklərin tezliklə çökəcəyini göstərir
Tarix:
17-11-2023, 08:00
/ 2 019 dəfə oxundu.
Lal xəstəliklərdən biri də böyrək patologiyalarıdır. Yəqin çoxunuz şahidi olmusunuz ki, insan heç bir şikayəti olmadan qəfildən böyrəkləri iflas edib və dializə qoşulub. Böyrəklər də qaraciyər kimi dözümlü orqandır.
Professor Oksana Dralkina ölümcül böyrək çatışmazlığından qorunmaq üçün bunlara diqqət yetirməyi tövsiyə edib.
“Hər 10 nəfərdən birində böyrək xəstəliyi aşkarlanır. Böyrək çatışmazlığının müalicəsi xərçəng xəstəliyinin müalicəsindən 2 dəfə bahadır. Böyrəklərin işində artıq pozulma olduğunu göstərən əsas əlamətlər:
- Daim yorğunluq, baş hərlənmə, təngnəfəslik, əzginlik, yaddaş zəifləməsi. Böyrəklər bu zaman eritropoetin hormonunu az ifraz edir.
Bu hallar varsa, terapevt və uroloqa gedin, USM, sidik, qan, hormon analizləri verin. Əksər hallarda bu xəstələrdə diabet başlamış olur”, - Dralkina qeyd edib.