SON DƏQİQƏ
» » Böyrək xəstəliyi olanların diqqətinə - Bunu əsla etməyin

Böyrək xəstəliyi olanların diqqətinə - Bunu əsla etməyin

Tarix:

20-06-2023, 09:14

/ 1 597 dəfə oxundu.
Böyrək xəstəliyi olanların diqqətinə - Bunu əsla etməyin

Böyrəklər qandan zərərli maddələri atmaq üçün bütün gün işləyən orqandır. Bu səbəbdən böyrək sağlamlığımıza diqqət etməliyik. Gün ərzində fərqində olmadan etdiyimiz bəzi davranışların böyrək sağlamlığımıza mənfi təsir edir.

Yetkin bir insan gündə 8 stəkan su içməlidir. Bədəni detoks etmək baxımından su çox vacibdir. Su böyrəklərinizlə birgə qanınızdan toksinləri çıxarır.

Gündə yarım yemək qaşığından artıq duz istehlak etməyin. Bundan artıq duz qəbulu böyrəklər və ürək sağlamlığında meydana gələ biləcək xəstəliklərin riskini artırır.

Sidik tutmamağa çalışın. Sidiyə getməyi son ana saxlamaq sidik yollarınızı zədələyir və böyrəklərinizə mənfi təsir göstərir.

Ağrı kəsicilərin tərkibindəki kimyəvi maddələr bu anda narahatlığınızı azaltsa da, gələcəkdə böyrək və qaraciyər problemlərinə səbəb ola bilər.

Həftədə 2 porsiyadan çox qırmızı ət yeməyin. Qırmızı ətin yərkibində sidik turşusuna çevrilən yüksək miqdarda purinləri var. Bu maddə zamanla toxumalarınızda toplanır və böyrək daşı və podaqra kimi xəstəlikləri artırır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ