SON DƏQİQƏ

Yuxu problemini aradan qaldıran bitkilər

Tarix:

25-10-2023, 14:13

/ 2 434 dəfə oxundu.
Yuxu problemini aradan qaldıran bitkilər

Gecələr yuxuya getməkdə çətinlik çəkən insanlar bir çox fərqli müalicə üsullarından istifadə edirlər.

Yuxu problemləri bir çox səbəblərdən yarana bilər. Pəhriz, xəstəliklər, xarici amillər və stres kimi psixi sağlamlığınıza zərər verən problemlər yuxuya getməməyinizə səbəb olur.

GunAz.az xəbər verir ki, bütün bu problemlərə qarşı tək bir stəkan bitki çayı içmək tez bir zamanda yuxuya getməyinizə imkan verir.

Daha asan yuxuya getməyinizə kömək edəcək bitki çayları aşağıdakılardır:

Lavanda çayı

Gecə yatmazdan əvvəl lavanda çayı içmək beyinə gedən sinir uclarında rahatlıq hissi yaradır. Beləliklə, daha sağlam və rahat yata bilərsiniz. Lavanda çayı hazırlamaq üçün qurudulmuş lavanda bitkisini çaydana qoyun və üzərinə qaynar su əlavə edin. Çayı 10 dəqiqə dəmlədikdən sonra içə bilərsiniz.

Çobanyastığı çayı

Ən təsirli sakitləşdirici çaylardan biri də çobanyastığı çayıdır. Çobanyastığı çayı beyni sakitləşdirən və bədəndəki daralmış əzələləri rahatlaşdıran bitki çayıdır. Gecə yatmazdan öncə 1 stəkan içməyiniz kifayətdir ki, asanlıqla yuxuya gedə biləsiniz. Çobanyastığı çayı hazırlamaq üçün, sadəcə, bitkinin çiçək hissəsini qaynadın və zövqünüzə görə limon və bal əlavə edin.

Şüyüd çayı

Digər çaylardan bir az fərqli olan şüyüd çayı sinir uclarını narahat edən və daha tez yuxuya getməyinizə mane olan toksinləri təmizləyir. Şüyüd çayı hazırlamaq üçün şüyüd toxumlarını əzib suda 10 dəqiqə qaynadın. Sonra limon əlavə edərək istehlak edə bilərsiniz.

Berqamot çayı

Berqamot çayı streslə əlaqəli yuxusuzluğa qarşı ən güclü köməkçidir. Beyinə rahatlama siqnalları göndərəcək berqamot çayı sayəsində artıq bir neçə dəqiqə ərzində yuxuya getmək çox asan olacaq. Yuxusuzluğa qarşı berqamot çayı içmək istəyənlər əvvəlcə 1 stəkan su qaynatmalıdırlar. Sonra bu qaynar suya 2 çay qaşığı berqamotu əlavə edin və bir neçə dəqiqə dəmləyin. Təxminən 10 dəqiqə gözlədikdən sonra içə bilərsiniz.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ