SON DƏQİQƏ

Yaxşı yuxu yatmağın sirləri nədir?

Tarix:28-07-2022, 08:27 Oxunub:1 366

Bəzi insanlar digərlərinə nisbətən yuxusuzluğa daha çox meylli olsalar da, lakin vaxtında yuxuya getməyin bir neçə yolu var.

Yuxusuzluq təkcə insanın işinə və ailə həyatına mənfi təsir göstərmir, eyni zamanda, yaddaş itkisi, şəkərli diabet, ürək xəstəlikləri və yüksək qan təzyiqi riskini artırır.

Həkim-diyetoloq Vasilisa Ponomareva daha yaxşı yatmağa kömək edən dörd çay növünü tövsiyə edir:

Çobanyastığı çayı. Bəzi tədqiqatlar göstərir ki, çobanyastığı yuxu keyfiyyətini yaxşılaşdıra bilər. Tədqiqat nəticəsində məlum olub ki, iki həftə ərzində hər gün çobanyastığı çayının qəbulu yuxunu xeyli yaxşılaşdırır.

 

Aşvaganda çayı. Aşvaganda güclü dərman bitkisi kimi tanınır. Bitkinin kökünün "yüksək dozada istehlak edildikdə" yuxuya səbəb ola biləcəyi hesab olunur. İnsan üzərində tədqiqatlarda, o cümlədən hind alimlərinin araşdırmalarında, aşvaganda bədənin "rahatlanmasına" və istirahətə hazırlaşmasına kömək etmək, həmçinin ümumi yuxu keyfiyyətini yaxşılaşdırmaq qabiliyyətini müşahidə etdirib.

Valerian çayı. Aşvaganda kimi, valerian kökü yuxuya getməyə kömək edən və yuxusuzluğu aradan qaldıran dərman bitkisi kimi istifadə olunur. Valerian bədənin nə vaxt yatmaq və nə vaxt oyanmaq vaxtını təyin edən gündəlik ritmini dəyişdirməyən yuxusuzluqla mübarizə aparmaq üçün təhlükəsiz bir strategiya hesab olunur.

Nanə çayı. Nanə ənənəvi tibbdə çoxdan məşhur bir vasitədir. Bunun antivirus, antimikrob və həmçinin antiallergik ola biləcəyi hesab olunur.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<