SON DƏQİQƏ

Bir toyda üç şəhid... - Video

Tarix:

15-07-2021, 08:26

/ 4 651 dəfə oxundu.
Bir toyda üç şəhid... - Video

Tovuz döyüşlərinin ilk günündə şəhid olan baş əsgər Elşad Məmmədovun toyu 2018-ci ildə olub.

"Qafqazinfo” Tovuzun Ağdam kəndində baş tutan toydan görüntülər əldə edib. Məlum olub ki, toy iştirakçılarından üçü sonradan şəhidlik zirvəsinə ucalıb.

Bunlardan biri Elşad Məmmədovun özüdür. Digəri isə Vətən müharibəsi zamanı Murovdağ istiqamətində şəhid olan Elşadın xalası oğlu Elburus Yusifovdur.

 

1985-ci il təvəllüdlü MAXE Yusifov, eyni zamanda ötən ilin iyulunda Tovuz döyüşlərində də iştirak edib.

Elşadın şad günündə iştirak edib 2020-ci ildə Tovuz döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan üçüncü şəxs isə yaxın dostu, silahdaşı gizir İlqar Zeynallıdır.

Emin Səfərov

Pərvin Zeynal


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ