SON DƏQİQƏ

Zəngəzur dəhlizi məsələsi bağlandı? - Markedonov

Tarix:

1-11-2023, 08:29

/ 688 dəfə oxundu.
Zəngəzur dəhlizi məsələsi bağlandı? - Markedonov

Oktyabrın 30-da Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün bərqərar olması üçün üç əsas məqamın razılaşdırıldığını bəyan edib. Ermənistanın hökumət başçısının sözlərinə görə, “əgər tərəflər razılaşdırılmış bu prinsiplərə sadiq qalarsa, o zaman sülh və münasibətlərin nizamlanması haqqında sazişin imzalanması reallaşacaq”. İrəvanla Bakı arasında sülhə bəzi yeni yanaşmaların ortaya çıxmasından danışmaq olarmı? Bu sualın cavabı mənfi olacaq.


Gunaz.az xəbər verir ki, bu sözləri rusiyalı ermənipərəst politoloq Sergey Markedonov sosial şəbəkə hesabında yazıb.


O bildirib ki, bu üç məqam bu və ya digər formada daha əvvəl, o cümlədən Ermənistan baş nazirinin çıxışlarında ortaya çıxıb:


“Söhbət nədən gedir? Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü keçmiş Azərbaycan SSR və Ermənistan SSR sərhədləri ilə tanıyır. İki ölkənin 29 800 kv.km (Ermənistan) və 86.600 kv.km (Azərbaycan) ərazisi artıq dövlətlərarası demarkasiya və qarşılıqlı tanınmanın əsası sayılır.


İkinci prinsip 1991-ci il Almatı Bəyannaməsi əsasında demarkasiyanın aparılmasıdır. Bu sənəd Sovet İttifaqının dağılmasından sonra yeni geosiyasi reallığı möhkəmləndirdi. Və nəhayət, tərəflər nəqliyyat kommunikasiyalarını blokdan çıxarmalıdırlar.


İlk baxışdan hər şey mükəmməl görünür. Və çoxdan gözlənilən sülh yaxın perspektiv kimi diqqət çəkir. Bəs bir il əvvəl Almatı Bəyannaməsi delimitasiya üçün əsas kimi göstərilmədimi? Paşinyanın Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığı “imtina nitqində” iki ölkənin əraziləri ilə bağlı konkret rəqəmlər yer almadımı? Ritorik suallar. Lakin bütün bu etiraflar üçüncü Qarabağ müharibəsinin qarşısını ala bilmədi. Və nəticədə münaqişənin həlli üçün güc ssenarisi zəfəri çaldı.


Paşinyanın üç prinsipin razılaşdırılması ilə bağlı çıxışından üç gün əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 5-də Qranada bəyanatına istinad etdi. Paşinyanla yanaşı, onu imzalayanlar arasında Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və Avropa Şurasının rəhbəri Şarl Mişel də var. Ancaq İlham Əliyevin imzası o bəyanatda yoxdur və o, İspaniyadakı danışıqlarda iştirak etmədi.


Daha bir vacib sual nəqliyyat kommunikasiyalarına dair üçüncü bənddə tam anlaşmaya nail olunub-olunmamasıdır. “Dəhliz mövzusu” artıq keçmişdə qalıb? Yoxsa yenə özünü xatırladacaq?


Yeri gəlmişkən, demarkasiyanın da bir sıra nüansları var. Eksklavlar məsələsi təkcə çərçivə sazişi deyil, praktik həll tələb edir.


Bir sözlə, Avrasiyada uzun müddətdir davam edən münaqişələrdən birinin sona çatması ilə bağlı nəticə çıxarmaq yəqin ki, tezdir. Amma ola bilsin ki, tezliklə “sülh müqaviləsi” adlanacaq müəyyən sənəd peyda olsun. Ancaq o, bu təlatümlü bölgəyə real olaraq sülh gətirəcəkmi? Bu sual açıq qalır”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ