SON DƏQİQƏ
» » Zəngəzur dəhlizi sülhə və təhlükəsizliyə XİDMƏT EDƏCƏK

Zəngəzur dəhlizi sülhə və təhlükəsizliyə XİDMƏT EDƏCƏK

Tarix:

19-08-2021, 08:00

/ 2 617 dəfə oxundu.
Zəngəzur dəhlizi sülhə və təhlükəsizliyə XİDMƏT EDƏCƏK

Əsli Kazımova: Sülhün və təhlükəsizliyin formalaşdırılması regionun gələcək inkişafının əsas təminatçısı qismində çıxış etməlidir
"Prezident İlham Əliyev "CNN Türk" kanalına verdiyi müsahibədə istər Azərbaycanın regionda yaratdığı yeni geostrateji reallıqlar, istərsə də bölgənin gələcək inkişaf xəritəsi haqqında mühüm və dəyərli fikirlər səsləndirdi. Təbii ki, sülhün və təhlükəsizliyin formalaşdırılması regionun gələcək inkişafının əsas təminatçısı qismində çıxış etməlidir. Bu mənada, Ermənistanın bütün revanşist və digər fikirlərdən əl çəkməsi, həm də öz ölkəsinin xilası üçün sülh müqaviləsinə imza atması mütləqdir. Prezident İlham Əliyev bildirdi ki, biz istəyirik ki, Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası prosesi başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda, biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq. Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək".
Bu fikirləri GunAz.az-a bildirən Azərbaycan sosial Rifah Partiyasının sədri Əsli Kazımova qeyd etdi ki, Azərbaycanın və regionun inkişafında yeni bir dövr başlayıb və regionda yaranan yeni iqtisadi-siyasi reallıqlar əməkdaşlığa, quruculuğa və inkişafa əsaslanır. Bunun həyata keçməsi üçün isə Ermənistan bütün təxribatçı addımlardan çəkinməlidir: "Prezident İlham Əliyev bildirdi ki, sülhə nail olmaq üçün ölkəmizin konkret təklifləri masa üzərindədir. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir. Bu cür sülh Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Bəli, Ermənistan dərk etməlidir ki, inkişaf etmək, regionun ümumi inkişaf tempinə çatmaq üçün Azərbaycanın irəli sürdüyü təklifləri dəstəkləməlidir".
Bilman İSAQ
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ