SON DƏQİQƏ
» » Zərif kartları ilk dəfə açıqladı: "Rusiya bunu heç istəmirdi"

Zərif kartları ilk dəfə açıqladı: "Rusiya bunu heç istəmirdi"

Tarix:

26-04-2021, 15:10

/ 6 223 dəfə oxundu.
Zərif kartları ilk dəfə açıqladı: "Rusiya bunu heç istəmirdi"

Nazir: "Birləşmiş Ştatlarla uranın zənginləşdirilməsi və nüvə zavodları il bağlı razılığa gəldik. Ancaq Rusiya buna mane olmağa çalışdı”.

"Rusiya İranın Qərblə əldə etdiyi nüvə razılaşmasının nəticə verməməsini istəyirdi”.

 

GünAz.az  xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif mərkəzi Londonda yerləşən "Iran International”-a müsahibəsində bildirib.

"Rusiya İranın Qərblə əldə etdiyi nüvə razılaşmasının nəticə verməməsini istəyirdi. Bunun üçün maksimum səy göstərdi. Birləşmiş Ştatlarla uranın zənginləşdirilməsi və nüvə zavodları il bağlı razılığa gəldik. Ancaq Rusiya buna mane olmağa çalışdı. Zərif müsahibəsində bunun iki faktorla bağlı olduğunu bildirdi. O bildirib ki, İranın Qərblə münasibətləri normallaşsaydı, ABŞ Prezidenti Donald Tramp İrana deyil, Rusiya və Çinlə münasibətlərə diqqət yetirəcəkdi. Bundan əlavə, Rusiya iqtisadi baxımdan da İranla rəqabət aparacaqdı”, – deyə Zərif qeyd edib.

Qeyd olunur ki, iranlı nazir nəşrə mart ayında müsahibə versə də, müsahibə yayımlanmayıb. Müsahibənin səs yazısı isə bu günlərdə yayımlanıb, İran Xarici İşlər Nazirliyi isə səs yazısının nazirə aid olduğunu təsdiqləyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ