SON DƏQİQƏ
» » İran nüvə sazişinin öhdəliklərilə bağlı Avropaya əlavə iki ay möhlət verib

İran nüvə sazişinin öhdəliklərilə bağlı Avropaya əlavə iki ay möhlət verib

Tarix:

4-09-2019, 19:50

/ 1 301 dəfə oxundu.
İran nüvə sazişinin öhdəliklərilə bağlı Avropaya əlavə iki ay möhlət verib

 "Öhdəlikləri yerinə yetirmək üçün Avropaya daha iki aylıq möhlət verilir."

GunAz.az İRNA-a istinadla xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bu gün Tehranda nazirlər kabinetinin toplantısında deyib.

Həsən Ruhani son aylarda aparılan danışıqların İranın istədiyi kimi irəliləmədiyini bildirib və Avropaya daha iki aylıq möhlətin verildiyini bildirib.

Lakin buna baxmayaraq. İran prezidenti vurğulayıb ki, İran nüvə sazişində yer alan öhdəliklərini üçündü dəfə olaraq bir miqdar da azaldacaq.

"Məncə bu gün, ya sabah Avropa ilə istədiyimiz nəticəyə çata bilməyəcəyik. İranın vəd etdiyi üçüncü addım qaçılmazdır və bu günlərdə o addımı elan edəcəyik. Bu addım İranın Atom Enerjisi Agentliyinin işini daha da sürətləndirəcək", deyə Həsən Ruhani sazişdə qalan 4+1 ölkələrinə xəbərdarlıq edib.

Xatırladaq ki, ABŞ-ın nüvə sazişindən çıxması və İrana qarşı birtərəfli sanksiyaya başlamasından sonra 4+1 ölkələri İrana neftin satışı və maliyyə köçürmələrilə bağlı vədlər veriblər. Bu vədlər həyata keçmədiyi üçün İran uranın zənginləşdirilməsinin miqdarını və dərəcəsini, eləcə də "ağır su"yun istehsalını artırıb. Növbəti addımlara görə İran uranın zənginləşdirilməsi dərəcəsini 20-ə qədər artıra və ya nüvə təsisatlarında uranın zənginləşdirilməsi üçün lazım olan yeni nəsil sentrifuqa cihazları quraşdıra bilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ